Zədələnmiş iPhone 7 ekranını ev şəraitində necə dəyişmək olar? (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Son vaxtlar internetdə iPhone 7 və iPhone 7 Plus modellərinin zədələnmiş ekranlarının ev şəraitində dəyişilməsi sualına tez-tez rast gəlinir.
Bu baxımdan insanlara lazım olan, ekran modulunun dəyişdirilməsi
barəsində ətraflı təlimatdır. Sözügedən komponent isə LCD ekran, sensor panel və
dəyişdirilməsi qeyri-mümkün olan qoruyucu şüşədən ibarətdir. iPhone 7 və iPhone
7 Plus modelinin ekranını yalnız hazır şəkildə yığılmış modul vasitəsilə dəyişmək
olar. Yalnız beləcə yaranmış problemi aradan qaldırmaq mümkündür. Ekranı
sonradan yarana biləcək zədə riskindən qorumaq üçün isə onu qoruyucu lent ilə
örtmək lazımdır. Bu zaman ekran ən azından cızıqlardan qorunacaq. İlk mərhələdə
zədələnmiş şüşə paneli çıxartmaq lazımdır. Bunun üçün smartfonun aşağısında
şarj girişi tərəfdəki iki vinti çıxartmaq lazımdır. Sözügedən vintlər,Pentalobe tiplidir. Bu isə hər iki modelin xüsusi özəlliyidir. Vintləri
çıxardandan sonra plastik qırmanc vasitəsilə ekran panelini perimetr üzrə çox ehtiyyatla
qaldırmaq lazımdır.
Bunu etməmişdən öncə həmin plastik qırmancı saçqurudan ilə
qızdırmaq da olar. Şüşə çıxarılandan sonra ekran panelini, iPhone-nun əsas hissəsindən
ayırmaq lazımdır. Bu zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, ekran ilə
ana platanı birləşdirən şleyflər var. Həmin şleyflər həmdə iki metal lövhəni
saxlayır. İki metal lövhəni açıb konnektorları çıxartmaq lazımdır. Bundan sonra
paneli, əsas korpusdan ayırmaq olar. Yeni modulu quraşdırandan sonra əmin olun
ki, ekranın və touchscreenin şleyfləri, detallar arasında saxılmayıb və
bir-birilərinə birləşməyiblər. Qeyd etmək lazımdır ki, iPhone-nun son modellərində
"Home” düyməsini əvəz etmək bir qədər problemlidir. Bu, iPhone 7 ekranı təmirinin
əsas xüsusiyyətləri idi. Lakin nəzərə almaq lazımdır ki, bu təmiri ev şəraitində
etmək üçün lazımi alətlərə və təcrübəyə sahib olmaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ