main-post-cover

    Zera Food Recycler, Qida Artıqlarını ev istehsalı gübrəyə çevirir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    CES 2017-də üç mükafat alan Zera Food Recycler, evdəki yemək artıqlarını gübrəyə çevirərək bağçanızdakı ya da balkonunuzdakı bitkilər üçün hazır hala gətirir. 

    Zera Food Recycler, mətbəxdə istifadə edilmək üzrə yaradılmış bir qida təkrar istehsalçısıdır. Təkrar istehsalın tamamlanması 24 saat çəkir. Zera Food Recycler, ev alətləri istehsalçısı Whirlpool-un innovasiya mərkəzi WLabs of Whirlpool Corporation tərəfindən hazırlanan məhsullardan biridir. CES 2017-də təqdim edilən məhsul üçün hazırda Indiegogo-dan ön sifariş vermək mümkündür. Təbii ki, Whirlpool kimi, çox mərkəzli böyük bir şirkətin, bu məhsul üçün Indiegogo-da pul toplaması da maraqlı bir addımdır.

    Minimalist dizayna sahib bu innovativ məhsul, hər mətbəxə uyğundur. Qida artığını gübrəyə çevirməsi üçün tək bir düyməyə basmaq kifayət edir. Zera, gübrə istehsalı prosesini sürətləndirmək üçün oksigen, nəm, istilik, bitki əsaslı konsentrantlar və qarışdırıcılardan istifadə edir. Ənənəvi alternativlərindən fərqli olaraq ailələr Zera-nın sistemini hava şəraitindən asılı olmayaraq ilin istənilən vaxtı istifadə edə bilərlər. Həmçinin məhsulu Zera App adlı mobil tətbiqlə uzaqdan idarə etmək mümkündür. Xüsusilə bağçası olan ya da çox sayda saxsı çiçəyi yetişdirən insanlar üçün faydalı bir məhsul olacağını düşünürük.

     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər