Zərbə üstünə zərbə alan PewDiePie-dən cavab videosu!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Disney və YouTube ilə ciddi problemlər yaşayan PewDiePie, hadisələrlə əlaqəli bir video yayımladı.
Ötən günlərdə
yüklədiyi video da istifadə etdiyi bir şəkil
səbəbindən başda Yəhudilər olmaqla yanaşı bir çox istifadəçisi tərəfindən tənqid
edilən Felix Kjellberg müqaviləli olduğu
iki böyük şirkətdən də ağır zərbələr almışdı.
İlk olaraq
Disney ilə yolları ayrılan Felix-in YouTube Red tərkibindəki verilişinin ikinci
sezonu da ləğv edilmiş , birdə üstünə Premium reklam bölməsindən videoları
çıxardırılmışdı.
Bu hadisələrin
üzərinə səssizliyini pozan PewDiePie, xusuilə Wall Street Journal başda olmaqla
media-nı hədəf göstərərək bir cavab videosu yayımladı. "Media mənim üzərimə planlar
quraraq etibarımı zədələməyə və iqtisadi baxımdan dəyərimi aşağı salmağa
çalışır. Bu vəziyyət normal haldır çünki media bizdən qorxur və bu səbəblə də
bizi sevmir. Bir çox insan videonu bəyənərək izlədi” ifadələrini səsləndirib.
Videonun sonunda isə "Hələ buradayam və videolar çəkməyə davam edəcəm” deyən PewDiePie, bir də videonun sonunda Wall Street Journal-a "motherf****rs" ifadəsini
işlədib.
Mənbə: WebTekno
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)