main-post-cover

    Zuckerberg Snapchatdan əl çəkmir – Hekayələr funksiyası indi də Facebook-un öz tətbiqində

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Mark Zuckerberg-in sahibi olduğu Instagram, WhatsApp və Facebook Messenger-dən sonra mobil Facebook tətbiqinə də hekayələr xüsusiyyəti gəldi.

    Facebook-un ciddi mənada gözünü dikdiyi Snapchat xüsusiyyətlərini ilk olaraq Instagramda sınaqdan keçirdiyini bilirik. Instagramda kifayət qədər bəyənildikdən sonra bu funksiyanı WhatsApp-a belə gətirən Facebook, daha sonra Facebook Messenger-də də Messenger Day adı ilə bu xüsusiyyəti təqdim etmişdi.
    Görünüşə görə bu kifayət etmədiyi üçün, indi də Facebook-un öz tətbiqinə hekayələr xüsusiyyəti əlavə edildi.

    Hazırda sadəcə bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət, qısa müddət ərzində iOS və Android istifadə edən hər Facebook istifadəçilərində aktiv ediləcək.
    Yuxarıda görə biləcəyiniz kimi Instagrama bənzər bir formada sıralanan hekayələr, artıq Facebook tətbiqində də mövcud olacaq. Zənnimcə Facebookda və Instagramda, hətta WhatsAppda da bu cür xüsusiyyətlər olduqda kütlənin Snapchat-a ehtiyacının olmayacağı düşünülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər