main-post-cover

    Zuckerberg, süni zəkası Jarvis-in istedadlarını nümayiş etdirdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu ilin kodlaşdırma ili olduğunu bildirən Mark Zuckerberg, paylaşdığı video ilə evinə yerləşdirdiyi Süni Zəka – Jarvis-i nümayiş etdirdi.

    Daha əvvəllər də sizə Jarvis haqqında məlumatlar vermişdik lakin, Zuckerbergin paylaşdığı bu videodan sonra daha detallı olaraq bu süni zəkanın nələrə qadir olduğunu görə biləcəksiniz. Bəs Markın süni zəkası nələr bacarır?
    O, evdəki əsas texniki cihazları, işıq və tost aparatı daxil olmaqla idarə edir. Markın həyat yoldaşının əhvalını soruşaraq həmin əhvalına uyğun gördüyü musiqi parçalarını çala bilir. Evə gələn ziyarətçilərin üzlərini skan edərək Facebook vasitəsilə ev sahibinə yəni Zuckerbergə göndərə bilir. Hətta adi bir insan kimi Jarvislə də zarafat edə və danışa bilərsiniz. O bütün bunları başa düşərək sizəı cavab verə bilir. Üstəlik bütün bunları sadəcə səs tanıma texnologiyası və messenger botu vasitəsi ilə idarə etmək mümkündür. 
    Zuckerberg, süni zəkası Jarvis-in istedadlarını nümayiş etdirdi (VİDEO)
    Zuckerberg, süni zəkası Jarvis-in istedadlarını nümayiş etdirdi (VİDEO)
    Daha çox detalı daha sonrakı xəbərimizdə sizlər ilə paylaşacağıq. İndi isə "Mark”ın Jarvisi nümayiş etdirdiyi son videosuna nəzər salaq:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər