Zuckerbergin hesabı ikinci dəfə hack olundu

8800

Facebook Ceo-su Mark Zuckerbergin hesabı yenə hack olundu.

Keçən yaz OurMine adlı hacker qrupu Zuckerbergin Twitter, InstagramPinterest hesablarını hack etmişdi. Hətta hacker qrupu bu haqda məlumat da paylaşmışdı. Amma bu hadisədən qısa zaman sonra hesablar yenilənərək istifadə bərpa olundu. Amma bu dəfə artıq Zukerbergin hesabı ikinci dəfə hack olundu. Həm də bu işi eyni hacker qrupu həyata keçirdi.


Pinterest hesabı hack olunan Zuckerbergin bioqrafiyasında isə "Narahat olmayın, sadəcə təhlükəsizliyinizi test edirdik” ifadəsi yer alıb. Hesab isə qısa zamanda geri alınıb.

OurMine, bu yaz ələ keçirdiyi Pinterest hesabında Zuckerbergin şifrəsinin "dadada” olduğunu bildirmişdilər.