main-post-cover

    Büdcəli Honor Play 50 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.03.2024
    Farid Pardashunas
         Honor şirkəti keçən il Honor Play 50 Plus smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor Play 50 smartfonunu təqdim edib. Honor-un bu yeni büdcəli smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Ekran həmçinin damcı formalı çıxıntı hissəyə sahibdir. Smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
         Kameralar mövzusunda Honor Play 50 smartfonu 13 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 5200 mAh enerji tutumlu batareyaya sahibdir. Honor Play 50 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 165$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 194$-a satılır. Honor Play 50-nin digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Band 9 smart qolbağı qlobal bazarda satışa çıxacaq
    honor-band-9-smart-qolbagi-qlobal-bazarda-satisa-cixacaq
    Honor 90 Smart adlı yeni büdcəli smartfon təqdim olunub - QİYMƏTİ
    honor-90-smart-adli-yeni-budceli-smartfon-teqdim-olunub-qiymeti
    Qatlana bilən qapaqlı Honor Magic Flip-in keyfiyyətli render fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-flip-in-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    "Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
    premium-dizayna-malik-uygun-qiymetli-smartfon-honor-x8b-bize-neleri-ved-edir
    Honor Band 9 smart qolbağı təqdim olunub - QİYMƏTİ
    honor-band-9-smart-qolbagi-teqdim-olunub-qiymeti