main-post-cover

    Təqdimata hazırlaşan yeni iPad planşetləri artıq sertifikatlaşdırmadan keçiblər

    Cihazlar+
    06.04.2024
    Brilyant Rasulova
         Gözləntilərə əsasən Apple şirkəti gələn ay yeni iPad planşetlərini təqdim edəcək. Təqdimata az müddət qalmış məlum olub ki, iki yeni iPad modeli Hindistanın standartlar bürosunda (BIS) sertifikatlaşdırmadan keçiblər. BIS-in məlumatlar bazasına əsasən sertifikatlaşdırmadan keçmiş yeni iPad-lərdən biri A2898 model nömrəsinə, digəri isə A2899 model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, daha öncə A2836 A2837 model nömrələrinə sahib daha iki iPad modeli də sertifikatlaşdırmadan keçmişdilər. Bu model nömrələri altında hansı iPad modellərinin dayandıqları məlum deyil. Lakin güman edilir ki, söhbət, 11 12.9 düym ekranlı iPad Pro ilə 10.9 12.9 düym ekranlı iPad Air modellərindən gedir. Apple tərəfindən isə məhz yeni iPad Pro ilə iPad Air modellərinin təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple 700 nəfər işçini ixtisar edib
    apple-700-nefer-iscini-ixtisar-edib
    Apple Pencil 3-ün özəlliklərindən biri məlum olub
    apple-pencil-3-un-ozelliklerinden-biri-melum-olub
    Apple ev robotu hazırlamağı nəzərdən keçirir
    apple-ev-robotu-hazirlamagi-nezerden-kecirir
    Hələ təqdim edilməmiş Beats Solo 4 naqilsiz qulaqlığının imkanları açıqlanıb
    hele-teqdim-edilmemis-beats-solo-4-naqilsiz-qulaqliginin-imkanlari-aciqlanib
    Apple büdcəli AirPods üzərində çalışır
    apple-budceli-airpods-uzerinde-calisir