main-post-cover

    Microsoft 2025-ci ildən sonra Windows 10-un ödənişli dəstəyinin qiymətini açıqlayıb

    Proqram Təminatı
    03.04.2024
    Farid Pardashunas
         Gələn ilin oktyabr ayından başlayaraq Windows 10 əməliyyat sistemi artıq təhlükəsizlik yenilənmələrini əldə etməyəcək. Lakin Microsoft əlavə dəstək (ESU) proqramına sahibdir. Bu proqram istifadəçilərə əməliyyat sisteminin dəstək müddətinin yekunlaşmasından sonra əlavə yenilənmələrin yüklənməsi imkanını verir. İndi isə Microsoft bu proqramdan istifadə etmək istəyəcək şəxslər üçün bunun hansı qiymətə başa gələcəyini açıqlayıb.
         Qeyd etmək lazımdır ki, sözügedən proqram Microsoft-un korporativ müştəriləri üçün nəzərdə tutulub və ondan illik bir kompüter üçün istifadə haqqı 61$ təşkil edəcək. Bu proqramın işə salınmasından müəyyən müddət sonra ona qoşulmaq istəyən şəxslər daha öncəki müddətlər üçün də ödənişləri etməli olacaqlar. Belə ki, proqrama qoşulacaq şəxsin kompüteri daha öncə istifadəyə verilmiş yenilənmələri də əldə edəcək. Windows 10-un əlavə dəstək müddəti 3 il ərzində davam edəcək. Nəticədə 2028-ci ildə hətta böyük şirkətlər belə məcbur şəkildə Windows 11-ə keçid etməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
    windows-10-istifadeciler-arasinda-windows-11-den-daha-meshur-olmaqda-davam-edir
    Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
    microsoft-openai-ile-birge-100-milyard-dollar-deyerinde
    Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
    microsoft-suni-zekaya-hesr-edilmis-tedbir-kecireceyini-elan-edib
    Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
    windows-11-desteyini-daha-40-eded-intel-prosessoru-elde-edib
    Microsoft Windows 11-də Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq
    microsoft-windows-11-de-android-tetbiqler-ile-oyunlarin-desteklerini-dayandiracaq