main-post-cover

    Starship dördüncü orbital uçuşa hazırlaşır

    Elm & Texnologiya
    05.04.2024
    Brilyant Rasulova
         SpaceX şirkəti aktiv şəkildə Starship-in dördüncü orbital test uçuşuna hazırlaşır. Şirkət artıq Starship-in ilk pilləsini və 33 ədəd Raptor mühərrikinə sahib Super Heavy raketini SpaceX-in Starbase adlı kosmodromunun start meydançasına yerləşdirib. Məlumata əsasən Super Heavy statik testlərə hazırlaşır. Bu testlər çərçivəsində şirkət raketin 33 ədəd mühərrikini bir neçə saniyəlik işə salacaq. Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuş cəhdi keçən ilin aprel ayında, ikinci uçuş cəhdi həmin ilin noyabr ayında, üçüncü uçuş cəhdi isə keçən ay baş tutdu. İlk uçuş cəhdi uğursuz, ikinci uçuş cəhdi nisbətən uğurlu, üçüncü uçuş cəhdi isə uğurlu olmuşdu. Qeyd etmək lazımdır ki, üçüncü uçuş cəhdi çərçivəsində Starship Yer kürəsinin orbitinə çatsa da, atmosferə yenidən daxil olan zaman partlamışdı. SpaceX dördüncü orbital uçuşu may ayının əvvəlinə planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX Starship-in üçüncü orbital uçuş cəhdini uğurla reallaşdıra bildi (VİDEO)
    spacex-starship-in-ucuncu-orbital-ucus-cehdini-ugurla-reallasdira-bildi-video
    Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
    starship-ucuncu-orbital-ucus-cehdi-ucun-hazirdir
    Starship-in üçüncü orbital uçuş cəhdi 14 mart tarixində baş tuta bilər
    starship-in-ucuncu-orbital-ucus-cehdi-14-mart-tarixinde-bas-tuta-biler
    SpaceX ümumilikdə 300-cü uçuş missiyasını reallaşdırıb
    spacex-umumilikde-300-cu-ucus-missiyasini-reallasdirib
    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb
    spacex-bu-il-rekord-sayda-kosmik-ucus-missiyasi-reallasdirib