Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib
Proqram Təminatı
Əməliyyat sistemləri
09.07.2021
Emil Nəcəfov
İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi. Statistikaya əsasən aktiv Android cihazların 1%-i məhz Android Jelly Bean vasitəsilə çalışır. 2012-ci ildə Android Jelly Bean təqdim olunan zaman Google şirkəti onun interfeys dizaynını tamamilə dəyişmişdi.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!