main-post-cover

    Microsoft Windows 11-in sadələşdirilmiş versiyasını təqdim edə bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    17.06.2021
    Farid Pardashunas
        Dünən Windows 11-in interfeys fotoları ilə test videosu ortaya çıxmışdı. İndi isə insayderlər bu yeni əməliyyat sisteminin daha bir versiyası barəsində məlumat veriblər. Yeni məlumata əsasən Windows 11 SE versiyası sadələşdirilmiş Windows 10 S-Mode-un davamçısı olacaq və əsasən şirkətin bulud servislərinə bağlı olacaq. Məlumatda qeyd edilib ki, təhlükəsizliyin yüksək əviyyədə təmin olunması üçün Windows 11 SE ənənəvi əməliyyat sisteminin bir sıra funksiyasından məhrum olacaq və Microsoft-un şəbəkə servislərinə bağlı olacaq. Windows 11 SE-də əsasən bəzi sistem ayarları mövcud deyil və tətbiqlər mağazası olan Microsoft Store bloklanıb.
        Microsoft Store mağazasının aktivləşdirilməsi üçün isə administrator ilə əlaqə lazımdır. Bundan əlavə olaraq Windows 11 SE-nin quraşdırılması üçün Microsoft istifadəçi hesabı lazım olacaq. Bununla belə sistem daxilində standart olaraq bir istifadəçi hesabından daha çoxunu yaratmaq qeyri mümkündür. Bu məhdudlaşdırıcıdan yalnız əmlər sətri (cmd.exe) vasitəsilə yan keçmək olar. Buna baxmayaraq Windows 11 SE versiyası Win32 tətbiqləri dəstəkləyir. Windows 10 S-Mode isə bu cür özəlliyə sahib deyildi. Windows 11 SE ilə bağlı daha ətraflı məlumatlar çox güman ki, 24 iyun tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər