main-post-cover

    Microsoft Windows 11-in yüksək sistem tələblərinə aydınlıq gətirib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.06.2021
    Farid Pardashunas
        Microsoft rəhbərliyi yeni Windows 11 əməliyyat sisteminin quraşdırılması üçün sistem tələblərinin nəyə görə belə yüksək olduqlarına aydınlıq gətiriblər. Şirkət hansı səbəblə Windows 11-i köhnə kompüterlərə quraşdırmaq istəmədiyini söyləyib. Buna baxmayaraq o, qeyd edib ki, yeni əməliyyat sistemini dəstəkləyəcək CPU-ların siyahsına yenidən nəzər yetirəcək. Microsoft-un sözlərinə əsasən Windows 11-in yaradılması zamanı əsas tələblərdən biri də istifadəçilərin təhlükəsizlikləri olub. Buna görə də Windows 11 vasitəsilə çalışacaq cihaz virtualizasiya (VBS) əsasında olan şifrələməni, Windows Hello funksiyasını və təhlükəsiz yüklənmə rejimini dəstəkləməlidir.
        Şirkətin sözlərinə əsasən sadalanmış bütün bu özəllklər zərərli proqram təminatından zərər çəkmək ehtimalını 60% aşağı endirir. Bundan əlavə olaraq Windows 11-i dəqiq şəkildə dəstəkləyəcək prosessorlar Widnows-un öz drayverləri ilə uyğunlaşa bilirlər və Microsoft-un OEM partnyorları tərəfindən dəstəklənirlər. Bu isə öz növbəsində kompüterin 99.8% ehtimalda problemsiz çalışmasını təmin edir. Şirkət bu məsələdə təcrübə kimi yeni əməliyyat sisteminin 7-ci nəsil Intel prosessorlarında və Zen 1 arxitekturalı AMD çiplərində çalışma imkanını srgiləyəcək. Lakin şirkət yeni əməliyyat sisteminin bu prosessor modellərində dəqiq şəkildə istifadəyə veriləcəyi üzrə heç bir zəmanət verməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər