main-post-cover

    Windows 11-də bütün Android tətbiqləri işə salmaq mümkün olmayacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.06.2021
    Farid Pardashunas
        Windows 11-də reallaşdırılmış əsas yeniliklərdən biri də odur ki, yeni əməliyyat sistemində Android tətbiqləri işə salmaq mümkün olacaq. Bu cür yenilik bir çox istifadəçi tərəfindən müsbət qarşılandı. Lakin Microsoft-un bunu necə reallaşdıracağı məlum deyildi. İndi isə məlum olub ki, Windows 11-də heç də bütün Android tətbiqləri işə salmaq mümkün olmayacaq. Android tətbiqlərin Windows 11-də işə salınması üçün Intel Bridge adlı texnologiyadan istifadə olunur. Qeyd etmək lazımdır ki, sözügedən texnologiya təkcə Intel prosessorlu kompüter və noutbuklarda deyil, həmçinin AMD ARM çiplərinə sahib cihazlarda da çalışacaq. Android tətbiqlərin yeni əməliyyat sistemində işə salınması üçün bir sıra tələblər mövcuddur. Həmin tələblər aşağıdakı kimidir:
    - Çalışma prinsipləri Google servislərindən asılı olan Android tətbiqləri Windows 11-də işə salmaq mümkün olmayacaq. Bura Google şirkətinin bütün tətbiqləri daxildir
    - Amazon AppStore-da olan Android tətbiqlərin tərtibatçıları Microsoft Store-dan istifadə etmək üçün öz tətbiqlərini lazımi səviyyədə optimizasiya etməli olacaqlar. Amazon şirkəti bu məsələ ilə bağlı təfərrüatları bu il ərzində təqdim edəcək
    - Windows 11-in istifadəyə verilməsindən sonra Amazon AppStore-da ilkin mərhələdə məhdud sayda Android tətbiq mövcud olacaq.
        Bütün bunlara baxmayaraq Android tətbiqlərin Windows 11-də istifadəyə verilmələri məsələsində hələ çoxlu sayda sual var. Məsələn Microsoft Store-dan yan keçərək Android tətbiqləri əməliyyat sisteminə quraşdırmağın mümkün olub-olmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər