main-post-cover

    Apple və Google demək olar hər dəqiqə öz istifadəçilərini izləyirlər

    Təhlükəsizlik
    29.03.2021
    Emil Nəcəfov
        Dublində yerləşən Triniti adlı kollecin professoru Doug Leith-in tədqiqatlarına əsasən Google Apple şirkətləri ortalama hər 4 dəqiqə yarımdan bir Pixel iPhone smartfonlarından məlumatlar yığırlar. Yığılan məlumatlar arasında telefon nömrəsi kimi konfidensial məlumatlar yer alırlar. Məlumatda qeyd edilib ki, şirkətlər hətta smartfonlardan istifadə edilməyəndə də məlumatları yığırlar. İstehsalçılar əsasən cihazın seriya nömrəsi, MAC ünvanı, IMEI, telefon nömrəsi və SIM kart barəsində məlumatları əldə edirlər.
        Doug Leith-in sözlərinə əsasən hər iki şirkət konfidensial məlumatları eyni üsulla yığır. Lakin Google serverlərinə ötürülən məlumatların həcmi daha böyükdür. Beləliklə 12 saat ərzində Google öz cihazlarından 1 MB həcmində, Apple isə təqribi olaraq 52 KB həcmində məlumat əldə edir. Bundan əlavə olaraq hər hansısa iPhone modeli Wi-Fi şəbəkəsinə qoşulan zaman Apple şirkəti həmin şəbəkəyə qoşulu olan digər cihazların da MAC ünvanlarını əldə edir.
        Doug Leith-in fikrincə MAC ünvan Wi-Fi şəbəkəsində cihazı identifikasiya edir və nəticədə ev routerini, ictimai yerdə şəbəkəyə qoşulma nöqtəsini və ya ofis şəbəkəsini təyin edir. Öz hesabatında professor istifadəçi tərəfindən baxılmış veb səhifələr və edilmiş online alış-verişlər barədə yığılan məlumatlardan da narahatlıq duyduğunu qeyd edib. Google şirkəti sözügedən tədqiqatın nəticələrinə cavab olaraq qeyd edib ki, yığılan məlumatlar əməliyyat sisteminin dəstəklənməsi üçün lazımdır. Apple isə bu məsələyə hələki fikir bildirməyib.
    Linki kopyala