main-post-cover

    Apple iPhone 13-ün təqdimat tarixini elan edib

    Cihazlar+
    08.09.2021
    Farid Pardashunas
        Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Son zamanlarda olduğu kimi yeni təqdimat tədbiri də online formatda baş tutacaq. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 14 sentyabr tarixində baş tutacaq. Təbii ki, tədbirin əsas hissəsi məhz iPhone 13 smartfon seriyasına həsr ediləcək. Məlumata əsasən Apple 4 yeni iPhone modelini təqdim edəcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro iPhone 13 Pro Max. Yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 modellərindən çox da fərqlənməyəcəklər. Sadəcə olaraq yeni iPhone-lar daha güclü prosessor və bir qədər təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlar.
        iPhone 13-ün Pro modellərində həmçinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranların olacağı gözlənilir. Bununla yanaşı bütün iPhone 13 modellərinin ekranları üzərlərində olacaq çıxıntı hissəsinin ölçüsü bir qədər kiçiləcək. Son günlərdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti yeni iPhone 13 modellərində peyk şəbəkəsi funksiyasını reallaşdıracaq. Bunun nə dərəcədə doğru olub-olmadığı təqdimat zamanı bilinəcək. Heç istisna deyil ki, şirkət həmçinin Apple Watch 7 smart saatını da təqdim etsin. Yeni Apple Watch-un daha böyük ölçülü ekrana və yastı gövdə kənarlarına sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər