main-post-cover

    Çində ən çox istehsal olunan saxta smartfonların siyahısı tərtib olunub

    Cihazlar+
    17.03.2021
    Farid Pardashunas
        CNBeta saytının analitikləri saxta smartfon istehsalçıları arasında ən məşhur smartfonların siyahısını tərtib ediblər. Mənbə olaraq isə analitiklər AnTuTu bençmark saytının məlumatlar bazasından istifadə ediblər. Beləliklə məlum olub ki, keçən ilin mart ayından bu ilin fevral ayına kimi AnTuTu öz məlumatlar bazasında 572.303 ədəd saxta smartfon aşkar edib. Bu isə bençmark saytında test olunan bütün smartfonların 4.24%-ni təşkil edir.
        Bununla belə son zamanlarda saxta 5G smartfonlar daha da məşhurlaşıblar. Bu cür saxta smartfonların istehsalçıları öz məhsullarında 5G dəstəyinin olduğunu bildirsələr də əslində onlarda sözügedən texnologiyanın dəstəyi olmur. Son statistikaya əsasən son 1 il ərzində AnTuTu-da 45.000 ədəd bu cür smartfon testdən keçib. Analitiklər bildiriblər ki, saxta smartfonlar arasında ən çox tələbat Samsung brendinədir. Belə ki, bu brendin smartfonlarının saxta versiyalarının sayı 34% təşkil edir.
        İkinci yeri 13%-lik göstərici ilə Apple şirkəti tutur. Üçüncü yerdə isə 8%-lik göstərici ilə Huawei qərarlaşıb. Siyahıda növbəti yerləri Xiaomi, Honor, OPPO, Gionee, Vivo, ASUS və digər brendlər tutublar. Saxta smartfon istehsalçıları arasında model olaraq ən çox istehsal olunan smartfon isə Huawei P10-dur. Belə ki, AnTuTu-da 66.000 ədəd saxta Huawei P10 modeli testdən keçib. İkinci yerdə 16.495 ədəd saxta smartfon göstəricisi ilə iPhone X qərarlaşıb. Üçüncü yeri isə Samsung Galaxy S9+ tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər