main-post-cover

    iPhone 13 modellərinin satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    17.08.2021
    Emil Nəcəfov
        Apple artıq gələn ay yeni iPhone 13 smartfon seriyasını təqdim edəcək. iPhone 12 mini modelinin aşağı satış göstəricilərinə baxmayaraq Apple bu il də mini modelini təqdim edəcək. Beləliklə gələn ay bizləri yenidən 4 iPhone modeli gösləyir: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro iPhone 13 Pro Max. İndi isə internetdə yeni iPhone modellərinin satış qiymətləri ortaya çıxıb. Trandforce adlı analitik şirkətin verdiyi məlumata əsasən Apple bu ilki iPhone modellərinin qiymətlərində dəyişiklik etməyəcək.
        Lakin buna baxmayaraq onların qiymətləri aşağı da olmayacaq. Təqdim olunacaq iPhone 13 modellərinin qiymətlərinin iPhone 12 modellərinin qiymətləri ilə eyni səviyyədə olacaqlarının əsas səbəbi ondan ibarətdir ki, iPhone 13 modellərində elə də təəccübləndirici yeniliklər olmayacaq. Beləliklə iPhone 13 mini modeli daxili yaddaş həcmindən asılı olaraq 699$, 749$ və 849$-a satılacaq. Adi iPhone 13-ün müxtəlif daxili yaddaş göstəricili hər bir versiyası isə 100$ baha satılacaq. iPhone 13 mini ilə iPhone 13 modelləri 64/128/256 GB daxili yaddaş həcminə sahib olacaqlar.
        iPhone 13 Pro və iPhone 13 Pro Max modellərinə gəldikdə isə onların da qiymətlərində dəyişikliyin olmayacağı gözlənilir. Belə ki, iPhone 13 Pro Max daxili yaddaş göstəricisindən asılı olaraq 1099$, 1199$ və 1399$-a satılacaq. Adi iPhone 13 Pro-nun müxtəlif daxili yaddaş göstəricili hər bir versiyası isə 100$ ucuz satılacaq. Pro modellər 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar.
    Linki kopyala