Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər verib
Cihazlar+
14.04.2021
Farid Pardashunas
Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhur analitik Ming-Chi Kuo gələcək iPhone modellərində olacaq dəyişiklikləri özündə əks etdirən yeni hesabatı təqdim edib. Beləliklə analitikin verdiyi məlumata əsasən Apple 2023-ü ildəki iPhone modellərində ekran üzərindəki çıxıntı hissədən tamamilə imtina edəcək. Yəni şirkət ön kamera ilə Face ID texnologiyasını ekranın alt hissəsinə yerləşdirəcək. Apple mühəndislərinin buna necə nail olacaqları bilinmir.
Bundan əlavə olaraq analitikin fikirlərinə əsasən şirkət 2 ildən sonra öz smartfonlarında yeni genişbucaqlı və periskop kamera sensorlarından istifadə edəcək. Yeni periskop kamera öz növbəsində smartfonun optik zoom imkanını daha da genişləndirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 modeli 2.5 qat optik zoom və 12 qat rəqəmsal zoom özəlliklərinə sahibdir. Digər istehsalçıların smartfonlarında isə adətən 5 qat optik zoom və 50-100 qat rəqəmsal zoom özəllikləri reallaşdırılır. Onu da qeyd etmək lazımdır ki, Apple növbəti təqdimat tədbirini 20 aprel tarixində keçirdəcək. Həmin tədbirdə yeni iPad modellərinin təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək