main-post-cover

    Məşhur analitik iPhone 13 modellərinin sahib olacaqları daxili yaddaş həcmi barəsində məlumat verib

    Cihazlar+
    13.09.2021
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu il Apple şirkəti iPhone 13 modellərini daha yüksək start qiyməti ilə satışa çıxardacaq. Əsas səbəb isə şirkətin smartfonlardakı minimal yaddaş həcmindən imtina etməsidir. Lakin digər bir müsbət fakt ondan ibarətdir ki, bu ilki iPhone seriyasında maksimal yaddaş həcminə sahib modellər də olacaq. Analitik bildirib ki, bu il alıcılara 128/256/512 GB və 1 TB yaddaş həcminə sahib iPhone 13, iPhone 13 Pro iPhone 13 Pro Max modelləri təqdim olunacaqlar. Bununla belə iPhone 13 mini modelinin 1 TB daxili yaddaşa sahib versiyası olmayacaq.
        Beləliklə yeni iPhone modellərinin daha yüksək daxili yaddaş həcmi ilə təqdim olunacaqları səbəbilə onların pərakəndə satış qiymətləri də yüksələcək. Analitik bildirib ki, Apple şirkətinin 64 GB daxili yaddaş həcmindən imtina etməsinin əsas səbəbi isə Texas Instruments adlı zavodun istehsal etdiyi komponentlərin çatışmazlığı ilə əlaqəlidir. Analitik qeyd edib ki, Apple həmçinin yeni nəsil smart saatların irimiqyaslı istehsallarını da təxirə salmaq məcburiyyətində qalacaq. Qeyd etmək lazımdır ki, iPhone 13 modelləri bugün təqdim olunacaqlar.
    Linki kopyala