main-post-cover

    Məşhur analitik iPhone-lara periskop kameranın nə zaman inteqrasiya ediləcəyini açıqlayıb

    Cihazlar+
    10.03.2021
    Farid Pardashunas
        Nüfuzlu analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti iPhone modellərinə periskop texnologiyasının inteqrasiyası məsələsində tələsməyəcək. iPhone-larda yüksək optik zoom özəlliyinə sahib kameraların reallaşdırılmasını gözləyən istifadəçilər biraz da gözləməli olacaqlar. Analitikin sözlərinə əsasən periskop konstruksiyaya sahib teleobyektiv iPhone modellərində 2023-cü ildən tez reallaşdırılmayacaq.
        Bunun olacağı halında isə smartfonun istifadəçiyə maksimum nə qədər optik zoom təqdim edəcəyi bilinmir. Hal hazırda iPhone seriyasında ən təkmilləşdirilmiş zoom özəlliyi iPhone 12 Pro Max modelində reallaşdırılıb. Belə ki, bu smartfon 2.5 qat zoom özəlliyinə sahibdir. Buna baxmayaraq Apple 2023-cü ilə kimi öz smartfonlarının kameralarını tədricən təkmilləşdirəcək.
        Məsələn bu il təqdim olunacaq iPhone modellərinin teleobyektivlərindəki linzaların sayı 5-dən 6-ya yüksələcək. Bu isə öz növbəsində matrisa üzərinə düşən işıq miqdarının çoxalmasına və daha da keyfiyyətli fotoların əldə olunmasına şərait yaradacaq. 2022-ci ildə isə iPhone Pro modellərinin teleobyektivləri artıq 7 linzaya sahib olacaqlar. Bundan əlavə olaraq analitik bildirib ki, şirkət yeni Face ID skanerinin inteqrasiyasını fikirləşir və o, şüşə material əvəzinə plastik materialdan hazırlanacaq. Lakin bunun iPhone modellərinin qiymətlərinin aşağı salınması və ya skanerin imkanlarının genişləndirilməsi üçün edilib-edilməyəcəyi bilinmir.
    Linki kopyala