main-post-cover

    Poco brendi Poco X3 Pro-nu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    22.03.2021
    Emil Nəcəfov
        Qlobal təqdimat çərçivəsində Poco brendi Poco X3 Pro smartfon modelini təqdim edib. Sözügedən smartfon Poco X3 NFC modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdır. Beləliklə Poco X3 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 6 qoruyucu şüşəsi ilə də əhatə olunub.
        Əsas texniki özəlliklərə gəldikdə isə Poco X3 Pro modeli Snapdragon 860 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 2 MP (makroobyektiv) + 2 MP dördlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən bu cür sürətli şarj texnologiyası sayəsində smartfon 100% enerjini 59 dəqiqəyə yığır. Bununla yanaşı Poco X3 Pro stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modulu da özündə birləşdirir. Smartfon 24 mart tarixində satışa çıxacaq. 6 GB RAM və 128 GB yaddaşa sahib model 249 avroya, 8 GB RAM və 256 GB yaddaşa sahib model isə 299 avroya satılacaq.
    Linki kopyala