main-post-cover

    Samsung Galaxy Note seriyasından imtina etməyəcək

    Cihazlar+
    17.03.2021
    Farid Pardashunas
        İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti Galaxy Note smartfon seriyasını bağlayacaq. Buna həmçinin S Pen stilus dəstəkli Galaxy S21 Ultra modelinin təqdim olunmsı da işarə etmişdi. Lakin Samsung bu məlumatı rəsmi şəkildə təkzib edib. Belə ki, şirkətin səhmdarlarının illik yığıncaqları çərçivəsində Samsung-un informasiya texnologiyaları və mobil şəbəkələr üzrə rəhbəri olan DJ Koh bildirib ki, şirkət yeni Galaxy Note modellərini təqdim etməyi nəzərdə tutub. Lakin bu il Galaxy Note seriyasında yeni modelləri gözləmək lazım deyil.
        Məsələ burasındadır ki, hal hazırda dünyada mobil prosessor qıtlığı səbəbilə Samsung bu il digər smartfon seriyalarına diqqət ayırmağı qərara alıb. Söhbətin hansı smartfon seriyalarından getdiyi məlum deyil. Lakin güman etmək olar ki, DJ Koh məhz Galaxy A seriyasını nəzərdə tutub. Əgər yaxın gələcəkdə vəziyyət stabilləşsə yeni Galaxy Note modellərini 2022-ci ildə gözləmək olar. Bununla belə DJ Koh bildirib ki, smartfonların təqdimat qrafikləri əvvəlki illərdəkindən fərqlənə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər