main-post-cover

    Samsung ikiqat qatlana bilən tam yeni smartfon üzərində çalışır

    Cihazlar+
    24.03.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Samsung şirkəti iki şarnirli konstruksiyaya sahib yeni qatlana bilən smartfon üzərində çalışır. İnternetdə artıq sözügedən smartfon konstruksiyasının fotosu və belə bir smartfonun nə zaman satışa çxacağı barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Nikkei Asia saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Samsung bu il yenilənmiş Galaxy Z FlipGalaxy Z Fold modelləri ilə yanaşı həmçinin tamamilə yeni smartfonu da satışa çıxardacaq.
        Həmin yeni qatlana bilən smartfonun satışa çıxarılmasının əsas səbəbi isə qatlana bilən ekrandan istifadə ssenarilərinin genişləndirilməsidir. Belə ki, cihazda olacaq əlavə şarnir vasitəsilə smartfonu noutbuk formatına çevirmək mümkün olacaq. Bu halda cihazın ekranının 1/3 hissəsi sensorlu klaviatura rolunda çıxış edəcək. Qeyd etmək lazımdır ki, Samsung-da iki şarnirli konstruksiyaya sahib bir neçə dizayn patenti mövcuddur. Gözləntilərə əsasən həmin dizaynlardan biri artıq bu il reallaşdırılacaq.
        Bununla belə bir neçə müddət bundan öncə Samsung etiraf etmişdi ki, dünyada olan mikrosxem çatışmazlığı öz növbəsində yeni cihazların istehsalı məsələsində ciddi problemlər yarada bilər. Lakin buna baxmayaraq şirkət sözügedən problemi aradan qaldırmaq üçün bütün səylərini səfərbər edib. Jurnalistlər güman edirlər ki, bu cür qeyri adi konstruksiyaya sahib yeni smartfon bu ilin sonuna yaxın satışa çıxacaq. Smartfonun hansı qiymətə satılacağı və hansı texniki özəlliklərə sahib olacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər