main-post-cover

    AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

    Digər
    Reklam və Marketinq
    15.10.2021
    Emil Nəcəfov
        Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi. AzDimension və dünyaca məşhur texnologiya şirkəti Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar. Bu müqaviləyə əsasən AzDimension şirkətinin bütün buraxılmış və gələcəkdə planlaşdırımış layihələr GeForce Now servisində buraxılacaq.
        Geforce Now, Nvidia tərəfindən 2020 -ci ildə yaranmış və Windows, macOS, Android, iOS kimi platformalarda mövcud olan bir xidmətdir. Bu "bulud" texnologiyası, kompüterin gücündən və növündən asılı olmayaraq böyük bir oyun kolleksiyasına daxil olmağa imkan verir. Müqavilə imzalandıqdan sonra qərbli oyunçu böyük rahatlıqla Azərbaycan kompüter oyunları dünyasını kəşf edə biləcək.
        AzDimension şirkəti 2012 -ci ildə yaradılmışdır və kompüter və mobil platformalar üçün bir neçə layihə yaratmışdır. Ən məşhur layihə, PC və konsollarda yayımlanan The Last DeadEnd dəhşətli oyunidi. Hal-hazırda, Erkən Girişdə yeni bir oyun buraxılmağa planlaşdırılır - "Evade The Light".
    Linki kopyala