Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib
Digər
Reklam və Marketinq
21.09.2021
Farid Pardashunas
Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.
Azercell şirkətinin texniki dəstəyilə konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda - onlayn şəkildə keçirilməsini də mümkün edib.
Qeyd edək ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub.
Nəzərə çatdıraq ki, Azercell şirkəti öz abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürülməsi də hələ müharibənin ilk günlərindən mümkün olmuşdur.
Azercell Qarabağ və ətraf bölgələrdə mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir ki, bu da həmin ərazilərin sürətli inkişafına öz töhfəsini verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)