iOS istifadəçilərin məlumatlarını daha çox yığan tətbiqlərin reytinqi tərtib olunub
Sosial Media
17.03.2021
Farid Pardashunas
PCloud adlı analitik şirkət App Store-da olan tətbiqlərin konfidensiallıq siyasətlərini analiz edib. Beləliklə mütəxəssislər iOS üçün olan tətbiqlərin yığılan istifadəçi məlumatları və onların hansı miqdarda üçüncü tərəflərə ötürülməsi üzrə antireytinq tərtib ediblər. Tədqiqata əsasən tətbiqlərin tərtibatçılarını ən çox maraqlandıran istifadəçilərin daxil olduqları veb səhifələrin tarixçələri, istifadəçilərin yerləşdikləri yerlər, kontakt məlumatları, yaşları və fiziki sağlamlıq göstəriciləridir. Bununla belə istifadəçilərə kontekst reklamların təqdim olunması üçün bu və digər məlumatların 52%-i üçüncü tərəflərə ötürülür. Bu məsələdə antireytinqin ilk üç pilləsini Instagram, Facebook və LinkedIn platformaları tutublar.
Antireytinqə həmçinin Youtube və TikTok da daxil olub. Məsələn Youtube videoservisi yığılmış məlumatların 42%-ni öz partnyorlarına ötürür. TikTok-da isə bu göstərici 36%-dir. Analitiklərin hesabatlarına əsasən tətbiqlərin 80%-i öz məhsullarını həm tətbiq həm də tətbiqdən kənarda təklif edilməsi üçün istifadəçilərin aktivliklərini izləyir. Məsələn istifadəçinin ad günü tarixini bilərək reklam verənlər həmin günə az qalmış öz məhsullarını və ya xidmətlərini təklif edirlər. Şirkət həmçinin istifadəçilərin az sayda məlumatlarını yığan və ümumiyyətlə onları üçüncü tərəflərə ötürməyən tətbiqlərin siyahısını da tərtib edib. Bura Skype, Telegram, Clubhouse, Netflix, Microsoft Teams, Signal, Shazam və Google Classroom tətbiqləri daxildirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)