main-post-cover

    Telegram-a Clubhouse analoqu əlavə edilib

    Sosial Media
    19.03.2021
    Farid Pardashunas
        Telegram tərtibatçıları messencer üçün səsli çatların yeni versiyasını təqdim ediblər. Yeni versiyada iştirakçıların sayı məhdudlaşdırılmayıb. Yeni səsli çatlar sistemi funksionallıq baxımından Clubhouse tətbiqini xatırladır. Əgər əvvəllər səsli çatlar yalnız qruplar üçün aktiv idisə, indi onları kanallarda da reallaşdırmaq mümkündür. Bununla belə səsli çatları dinləyəcək iştirakçıların saylarında məhdudiyyət yoxdur. Səsli çata kanalın admini start verə bilər. Admin həmçinin öz istəyinə uyğun olaraq səsli çatı yaza və daha sonra onu audio formatında digərləri ilə bölüşə bilər.
    Telegram
    Telegram
        Clubhouse-da olduğu kimi səsli çatların adi iştirakçıları danışığa qoşulmaq icazəsi üçün sorğu göndərə bilərlər. İştirakçıların siyahısında hər bir iştirakçı barəsində məlumat əks olunur. İstifadəçi həmçinin həmin bölmədə danışıqda iştirak edənlərə sualını da yerləşdirə bilər. Açıq qrupların və kanalların adminləri səsli çatlara sürətli keçidi təmin edən dəvət linklərini göndərə bilərlər. Bununla belə spikerlər üçün ayrı, dinləyicilər üçün ayrı dəvət linkləri göndərmək mümkün olacaq. Səsli çatda istifadəçi həm öz adından həm də sahib olduğu kanal adından iştirak edə bilər.
    Telegram
    Telegram
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər