main-post-cover

    Whatsapp-ın iOS versiyası üçün olacaq yenilənmə istifadəçilərin konfidensiallıqlarını qoruyacaq

    Sosial Media
    09.03.2021
    Emil Nəcəfov
        Whatsapp-ın iOS versiyası yaxın zamanda vacib təhlükəsizlik yenilənməsini əldə edəcək. Təhlükəsizlik yenilənməsi istifadəçilərin mesajlarının iCloud-da saxlanan ehtiyat kopyalarını əhatə edəcək. Belə ki, yeni şifrələmə alqoritmi sayəsində həmin çatları kənar servislər ilə birlikdə Apple şirkətinin özü də əldə edə bilməyəcək. Whatsapp tərtibatçılarının sözlərinə əsasən çatların ehtiyat kopyalarını bulud servisə yükləyən zaman Apple onları şifrələmir.
        Buna görə də şirkət potensial olaraq istifadəçi məlumatlarını əldə edə bilər. Bu cür konfidensiallıq pozuntusunun baş verməməsi üçün isə messencerə şifrə vasitəsilə bulud şifrələnməsi funksiyası əlavə ediləcək. Bununla belə istifadəçi tərəfindən yaradılacaq şifrə lokal olaraq qalır və şirkət serverlərinə ötürülmür. Gözləntilərə əsasən bu cür funksiya iOS istifadəçiləri ilə yanaşı Android istifadəçiləri üçün də istifadəyə veriləcək. iOS istifadəçiləri üçün bu yeni təhlükəsizlik yenilənməsinin nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala