Whatsapp-ın köhnə iOS versiyasındakı dəstəyi dayandırılıb
Sosial Media
19.03.2021
Farid Pardashunas
Bu həftə Whatsapp yenilənmə əldə edib və yenilənmədə olan dəyişikliklər ilk növbədə köhnə iPhone istifadəçilərini əhatə edir. Belə ki, App Store-da təqdim olunan Whatsapp 2.21.50 versiyasının çalışması üçün artıq iOS 10 və ondan sonrakı versiyalar tələb olunur. Bu isə o deməkdir ki, Whatsapp-ın iOS 9 dəstəyi dayandırılıb.
Bundan əvvəl sonuncu dəfə messencer bu cür dəyişikliyi keçən ilin fevral ayında reallaşdırmışdı. Həmin vaxtda iOS 8-in messencer tərəfindən dəstəklənməsi dayandırılmışdı. Hal hazırki qərar isə iPhone 4S istifadəçilərini əhatə edir. Whatsapp-ın dəstək xidmətindəki məlumata əsasən Whatsapp-ın Android və iOS-də çalışması üçün aşağıdakı tələblər lazımdır:
- Android 4.0.3 və ondan sonrakı versiyalar
- iOS 10 və ondan sonrakı versiyalar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)