main-post-cover

    ABŞ hökuməti Honor şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.08.2021
    Farid Pardashunas
        Keçən il Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə özünün Honor brendini satmaq məcburiyyətində qalmışdı. Belə ki, şirkət Honor brendinin də sanksiyalara məruz qalmasını istəmirdi. Nəticədə müstəqillik əldə etmiş Honor ayrıca şirkətə çevrildi və onun işləri yaxşı getməyə başladı. Belə ki, şirkət Intel, Qualcomm kimi təmsilçilər ilə münasibətini bərpa etdi və Honor smartfonlarına Google servislərini geri qaytarmağı bacardı.
        Lakin görünür, vaxtından tez sevinmək lazım deyil. Belə ki, keçən həftənin cümə günü 14 nəfər respublikaçı siyasətçi ABŞ-ın Ticarət Nazirliyinə məktub göndərmişdi və həmin məktubda onlar Honor şirkətinin qara siyahıya salınmasını tələb edirdilər. Beləliklə onlar Honor-un ABŞ şirkətləri ilə əməkdaşlıq etməsini və ABŞ texnologiyalarından istifadəsini istəmirlər.
        Siyasətçilərin sözlərin əsasən Honor şirkəti ABŞ-ın eksport idarəsi siyasətindən yan keçmiş ola bilər. Bu siyasət ABŞ texnologiyaları ilə proqram təminatlarının Çinin əlinə keçməməsi üçün nəzərdə tutulub. Başqa sözlə desək, siyasətçilər ABŞ-ın milli təhlükəsizliyindən narahatdırlar. Əsas məsələ odur ki, ABŞ-ın təmsilçilər palatasının üzvləri müəyyən məsələlərdə yalnız məsləhət verə bilərlər. Ticarət Nazirliyinin həmin məsləhətlərə qulaq asıb-asmayacağı bilinmir. Lakin məlumatda qeyd edilib ki, ABŞ hökuməti bu məsələni ciddi nəzarətdə saxlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər