main-post-cover

    Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.09.2021
    Emil Nəcəfov
        Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir. Bu dəfə Cənubi Koreyanın yerli antimonopoliya təşkilatı Google şirkətinə milyonlarla dollar dəyərində cərimə təyin edib. Məsələ isə Android əməliyyat sistemi ilə bağlıdır. Google öz növbəsində bu qərar ilə razı deyil. Koreya Respublikasının Ədalətli Ticarət üzrə Komissiyası (KFTC) əmindir ki, Google bazardakı hegemonluğundan sui-istifadə edir. Bu isə öz növbəsində mobil əməliyyat sistemləri bazarındakı rəqabəti məhdudlaşdırır.
        İttihamların əsas məğzi ondan ibarətdir ki, Google smartfon istehsalçıları ilə əməkdaşlıq müqaviləsi bağlayan zaman həmin istehsalçılara öz smartfonlarında təkmilləşdirilmiş Android-dən istifadəni qadağan edir. Bu üsul ilə Google bazardakı hegemonluğunu əldə edə bilib. Buna misal olaraq Samsung şirkəti gətirilib. Belə ki, 2013-cü ildə Samsung smart saatlarında fərdi əməliyyat sistemindən istifadə etmişdi. Lakin Google şirkəti Samsung ilə olan əməkdaşlıq razılaşmasını qeyd edəndən sonra Samsung məcburi şəkildə WearOS əməliyyat sisteminə keçməli olmuşdu.
        Samsung özü bu məsələ ilə bağlı heç bir fikir bildirməyib. Beləliklə KFTC-nın qərarı ilə Google şirkəti 177 milyon dollar cərimə ödəməlidir. Bundan əlavə olaraq KFTC-nın qərarı ilə bundan sonra Google şirkəti smartfon istehsalçılarını yuxarıda qeyd edilmiş əməkdaşlıq şərtlərini qəbul etməyə məcbur edə bilməz. Beləliklə smartfon istehsalçıları öz cihazlarında təkmilləşdirilmiş Android versiyalarından istifadə edə bilərlər. Google şirkəti isə öz növbəsində bildirib ki, o bu qərarı apellyasiya məhkəməsinə verəcək. Belə ki, qəbul edilmiş qərar Android-in digər tətbiqlər ilə uyğunlaşması məsələsini və istehlakçılara təqdim olunan üstünlükləri inkar edir. 
    Linki kopyala