main-post-cover

    Safari brauzerində əsas axtarış sistemi kimi qalmaq üçün Google Apple şirkətinə 15 milyard dollar ödəyəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.08.2021
    Emil Nəcəfov
        Safari brauzerində Apple şirkətinin fərdi axtarış sistemi bu cür xidmətlər təklif edən digər böyük şirkətlər arasında həmişə böyük mübahisə mövzusu olub. Bernstein adlı investisiya bankı tərəfindən təqdim edilmiş son hesabata əsasən Safari brauzerində standart axtarış sistemi statusunu qoruyub saxlamaq üçün Google Apple şirkətinə bu il 15 milyard dollar vəsait ödəyə bilər. Bu isə keçən ilki göstəricidən 50% yüksəkdir. Belə ki, keçən il Google Apple şirkətinə 10 milyard dollar ödəmişdi. Bununla belə gələn il bu vəsait 18-20 milyard dollar təşkil edə bilər.
        Lakin gələcəkdə bu ödənişlərin 2 riski ola bilər. Birinci risk nizamlayıcı orqanların diqqətlərini çəkməklə, ikinci risk isə bu cür ödənişlərin sadəcə olaraq faydasız olacaqları ilə bağlıdır. Google Search axtarış sisteminin iPhone, iPad Mac modellərində standart axtarış sistemi qismində çıxış etməsi səbəbilə Apple şirkəti uzun illərdir ki, müxtəlif tənqidlərə məruz qalır. Lakin Apple şirkətinin qlobal konfidensiallıq məsələləri üzrə baş direktorunun sözlərinə əsasən konfidensiallıq məsələsində olan qorxulara baxmayaraq Google Search hal hazırda ən məşhur axtarış sistemidir. 
    Linki kopyala