main-post-cover

    Ingenuity dronu Mars atmosferində üçüncü uçuş missiyasını uğurla keçirdib (VİDEO)

    Süni İntellekt
    26.04.2021
    Emil Nəcəfov
        NASA agentliyi Ingenuity dron aparatının Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdırıldığını elan edib. Bu dəfə dron öz kamerası vasitəsilə Mars səthinin rəngli fotolarını çəkərək onları Yer kürəsinə göndərib. Bundan əlavə olaraq o, əvvəlki uçuş missiyasından fərqli olaraq bu dəfə Mars atmosferində daha çox məsafə qətt edib. Beləliklə üçüncü uçuş missiyası çərçivəsində dronun maksimal sürəti saniyədə 2 metr təşkil edib. Bununla belə o, uçuş zamanı 50 metr məsafə qətt edə bilib. Bu isə Yer kürəsində keçirilmiş ilk test uçuşlarında əldə olunmuş göstəricidən daha çoxdur.
        Üçüncü uçuş missiyası zamanı dron 5 metr hündürlüyə qalxıb və 80 saniyə ərzində uçuşu reallaşdırıb. Qeyd etmək lazımdır ki, Ingenuity dronu 18 fevral tarixində Marsa eniş etmiş Perseverance aparatının reallaşdırdığı missiyanın bir hissəsidir. Alimlər indiyənə kimi uçuş aparatlarınn Mars səthində uça biləcəklərinə şübhə ilə yanaşırdılar. Belə ki, Marsın atmosfer sıxlığı 1%-dən aşağıdır. Buna görə də bu məsələdə dəqiq məlumatlar əldə etmək üçün NASA agentliyi Marsa Perseverance aparatı ilə birlikdə Ingenuity dronunu da göndərmişdi. Dronun dördüncü uçuş missiyası yaxın günlərdə baş tutmalıdır.
    Linki kopyala