main-post-cover

    Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər

    Süni İntellekt
    15.03.2021
    Emil Nəcəfov
        Gliese 1132 adlı qırmızı karlik (balaca və nisbətən soyuq olan ulduzlar) ətrafında Yer kürəsinə bənzəyən GJ 1132 b adlı ekzoplanet fırlanır. Sözügedən planet Yer kürəsinə bənzəsə də bir sıra özəlliklərə görə fərqlənir. Alimlər Hubble teleskopu vasitəsilə aşkar ediblər ki, nə vaxtsa bu planetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub. Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan sianid tuşusundan ibarətdir. Bu barədə Phys.org saytı xəbər verib.

    Yer kürəsindən 41 işıq ili uzaqlığında yerləşən GJ 1132 b adlı ekzoplanet təəccübləndirici dərəcədə Yer kürəsinə bənzəyir. Belə ki, hər iki planet eyni sıxlığa, ölçüyə və yaşa sahibdir. Hər iki planetin tarixçəsi hidrogen tərkibli atmosferdən başlayıb və yüksək temperaturda qızma prosesindən keçib.

        Alimlərin fikirlərinə əsasən GJ 1132 b də Yer kürəsi ilə eyni atmosfer təzyiqinə sahibdir. Lakin planetlərin arasında fərqliik də var. Alimlər təyin ediblər ki, GJ 1132 b hidrogendən ibarət sıx atmosferli qaz planeti şəklində yaranıb. Bununla belə onun diametri Yer kürəsinin diametrindən qat-qat böyük olub. Lakin cavan ulduz radiasiyasının təsiri nətcəsində ekzoplanet öz ilkin hidrogen və helium tərkibini itirib. Qısa müddət ərzində ekzoplanetdən yalnız Yer kürəsi ölçüsündə nüvə qalmışdı. Daha sonra isə ən maraqlı proses başlayıb.
        Hubble teleskopu alimlərə planetin daha sonra yaranmış ikinci atmosferini göstərib. Uzunmüddətli müşahidə və kompüter modelləşdirməsi sayəsində məlum olub ki, planetin atmosferi hal hazırda molekulyar hidrogendən, metandan və sianid turşusundan ibarətdir. Alimlər güman edirlər ki, planetin ilkin atmosferində olmuş hidrogen mantiyanın maqmasına hopub və indi vulkanik aktivlik nəticəsində tədricən maqmadan çıxaraq planetin yeni atmosferini yaradır. Vulkanik proseslərin davam etməsi çün mantiya lazımi səviyyədə isti və duru halda olmalıdır. Alimlərin fikirlərinə əsasən bu cür kəşf digər ekzoplanetlərin aşkar edilməsində vacib rol oynaya bilər.  
    Linki kopyala