main-post-cover

    Alimlər: 'COVID-19 sistemli xəstəlik xarakterini daşıyır'

    Süni İntellekt
    31.03.2021
    Farid Pardashunas
        Bu cür nəticəyə gəlmək üçün alimlər COVID-19 səbəbilə həyatlarını itirmiş xəstələrin toxumalarına olmuş virus yüklənməsini təyin ediblər. Beləliklə alimlər aşkar ediblər ki, SARS-CoV-2 təkcə ağciyərlərdə deyil digər orqanların toxumalarında da mövcuddur. Onların fikirlərinə əsasən bu, immun sisteminin qanda virusun mövcudluğuna düzgün reaksiya verə bilməməsinin səbəbidir. Almaniyadan olan tədqiqatçılar COVID-19 səbəbilə vəfat etmiş 11 pasienti analiz ediblər ki, orqanizmə olmuş virus yüklənməsini təyin etsinlər.
        Bu, dünyanın ilk tədqiqatıdır hansında ki, müxtəlif orqan və toxumalara olmuş virus yüklənməsi araşdırılıb. Vəfat etmiş hər bir şəxsin 60-a yaxın orqan və toxuma nümunəsi araşdırılıb. “Klinik araşdırmalar onu göstərir ki, COVID-19 sistemli xəstəlikdir. Yəni o, ağciyər kimi tək orqana deyil bütün bədənə yayılır” - deyə tədqiqatçılardan biri qeyd edib. SARS-CoV-2-nin orqanizmdə yayılması barədə sübutların olmaması öz növbəsində alimləri COVID-19 səbəbilə həyatlarını itirmiş pasientlərin toxumalarını araşdırmağa məcbur edib.
        İlk öncə alimlər ağciyərlərə olmuş yüksək virus yüklənməsini təyin ediblər. Daha sonra onlar SARS-CoV-2-ni bir çox digər orqan və toxumalarda aşkar ediblər. Maraqlısı ondadır ki, virus digər orqanların toxumalarının ciddi zədələnməsinə səbəb olmayıb. Viruslu RNT-nin bütün bədəndə bu cür paylanması bizim immun sistemimizin qandakı virusun mövcudluğuna düzgün reaksiya verə bilməməsinin səbəbi olduğu ideyasını təsdiqləyir. Əldə olunmuş məlumatlar COVID-19-un orqanizmdə necə inkişaf etdiyini daha yaxşı anlamağa yardımçı olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər