main-post-cover

    Distant təhsil zamanı şagirdlər demək olar heç nə öyrənə bilməyiblər

    Süni İntellekt
    14.04.2021
    Emil Nəcəfov
        Keçən il koronavirus pandemiyası nəticəsində məktəblərin bağlanması səbəbilə uşaqlar yeni biliklər əldə etmək imkanından məhrum olmuşdular. Distant təhsil rejiminə keçid edəndən sonra ibtidai sinif şagirdləri demək olar yeni heç nə öyrənə bilməyiblər. Oksford Universitetinin mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəndən sonra belə qənaətə gəliblər ki, bu proses daha çox aşağı təhsil səviyyəsinə sahib ailələrdə müşahidə edilib. Mütəxəssislər Niderlandda yığılmış məlumatları analiz ediblər. Belə ki, orda ilkin sərt karantin dövründə təhsil müəssisələri 8 həftə ərzində bağlı qalıblar. Bu barədə Phys.org saytı xəbər verib.

    Oksford Universitetinin demoqrafik elmlər mərkəzinin tədqiqatı onu göstərib ki, distant təhsil üsulunun yüksək səviyyədə olmasına baxmayaraq ibtidai sinifdə təhsil alan şagirdlər yeni biliklərin heç 1/5 hissəsini də əldə etməyiblər.

        Adətən isə onlar il ərzində bu cür nailiyyətə sahib olurlar. Təhsil səviyyəsi aşağı olmuş ailələrdə bu proses daha çox nəzərə çarpıb. Tədqiqatın müəlliflərinin fikirlərinə əsasən bu hal dünyanın digər ölklərində də müşahidə olunub. Bundan əlavə olaraq Niderlandda distant təhsil üçün ən yüksək şəraitlərdən biri yaradılıb. Lakin buna baxmayaraq məktəblərin bağlanması səbəbilə ordakı şagirdlər yeni biliklərin əldə olunması məsələsində ortalama 20% geriləmə yaşayıblar. Uşaqların aşağı səviyyəli təhsilə sahib valideynlərində isə bu göstərici 50% təşkil edir.
        “Bu nəticələr müəllimlərin və digər şəxslərin ən pis qorxularını təsdiqləyirlər. Niderland bir çox şeyi düzgün yerinə yetirib. Müəllimlər və məktəblərin administrasiyaları böyük səylər göstəriblər. Hökumət əlavə maliyyələşdirmə ilə dəstəyi təmin edib. Genişzolaqlı internetdən tutmuş yaşayış yerlərinin təklif olunmasına kimi. Bundan əlavə olaraq digər ölkələr ilə müqayisədə Hollandiyada valideynlərin dəstəklənməsi sistemi daha yaxşı səviyyədədir. Böyük Britaniyada məktəblər daha uzunmüddətli bağlı qaldıqları üçün orda vəziyyət daha ciddi olmalıdır” - deyə tədqiqatçılardan biri qeyd edib.
        Bu o deməkdir ki, pandemiyanın məktəb təhsilinə verdiyi neqativ təsirləri aradan qaldırmaq üçün texniki həllər yetərli deyil. İlk sərt karantinin az müddətdə və texnologiyaların yüksək səviyyədə olmalarına baxmayaraq şagirdlərin inkişaf səviyyələri aşağı düşüb. Buna baxmayaraq tədqiqata əsasən bəzi məktəblər distant təhsil rejiminə keçid zamanı şagirdlərin tam inkişaf etmələrinə nail ola biliblər. Mütəxəssislər bunu müəllimlərin verdikləri qərarların nəticələrində görürlər.
    Linki kopyala