main-post-cover

    Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini yaradıb

    Süni İntellekt
    28.03.2021
    Farid Pardashunas
        Həvəskar astrofotoqraf Süd Yolu qalaktikasının detallı təsvirini təqdim edib. 1.7 GP (giqapiksel) ölçüsündə olan qalaktik panoram təsvirin yaradılmasına 12 il və 1250 saat vaxt sərf olunub. Çox zaman kosmosun detallı təsvirlərini böyük rəsədxanalar və ya kosmik teleskoplar vasitəsilə əldə etmək olar. Lakin J.P. Metsavainio adlı həvəskar astrofotoqraf sübut edib ki, yetəri qədər səy göstərməklə hətta milyonlarla dollar dəyəri olan təchizatdan istifadə etmədən də diqqət cəlb edən nəticələr əldə etmək olar.
    Qalaktik panoram təsvirin kiçik bir hissəsi:
        Beləliklə sözügedən astrofotoqrafın səyləri nəticəsində Süd Yolun qalaktikasının 1.7 GP ölçüsündə panoram təsviri əldə olunub. Bu cür işi ərsəyə gətirmək üçün Metsavainio adi həvəskarlar üçün nəzərdə tutulmuş təchizatdan istifadə edib. Virtual kətan isə 234 ədəd ayrı-ayrı obyektin birləşməsi nəticəsində yaradılıb və nəhəng mozaikanı xatırladır. Astrofotoqraf qeyd edib ki, bəzi hallarda əlavə emal proseslərinin yerinə yetirilməsi lazım gəlib. Belə ki, obyektlərin bəziləri digərlərindən fərqli olaraq daha çox ekspozisiyanı tələb ediblər. Yaradılmış kosmik panoram təsvirin tam versiyası ilə astrofotoqrafın saytında tanış olmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər