Marsda mümkün olmayan təbiət hadisəsi qeydə alınıb
Süni İntellekt
12.04.2021
Farid Pardashunas
Mars planetinin səthini müşahidə edən zaman Perseverance aparatı qeyri adi foto çəkib. Bu dəfə aparatın obyektivinə göy qurşağı düşüb. Məsələ burasındadır ki, Marsda sözügedən təbiət hadisəsinin baş verməsi mümkün deyil. Belə ki, göy qurşağının yaranması üçün Günəş və atmosferdə su damcıları olmalıdır. Yer kürəsində bunun baş verməsi mümkündür. Çünki Yer kürəsinin atmosferi nəmişliklə zəngindir. Lakin Marsın atmosferində nəmişlik yoxdur. Bu isə göy qurşağının yaranması ehtimalını aradan qaldırır.
NASA agentliyi isə rəsmi açıqlamasında bildirib ki, Perseverance aparatının obyektivinə sadəcə olaraq Gün işığının ləkəsi düşüb və bu da öz növbəsində göy qurşağı illüziyasını yaradıb. Lakin elmi cəmmiyyət bu məsələdə bir qədər maraqlı nöqteyi nəzərə sahibdir. Belə ki, NASA-nın reaktiv hərəkətlər laboratoriyasının üzvlərindən birinin sözlərinə əsasən buna bənzər foto 1990-cı ilin Pathfinder missiyası çərçivəsində də əldə olunmuşdu. Məlumatda qeyd edilib ki, Marsın atmosferində hələ də buz hissəcikləri ola bilər. Həmin hissəciklər isə göy qurşağı effektini yaratmış ola bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək