main-post-cover

    Təkmilləşdirilmiş süni zəka sistemi adi almanı iPod-dan fərqləndirə bilmir

    Süni İntellekt
    15.03.2021
    Emil Nəcəfov
        Qeyri kommersiya təşkilatı olan OpenAI təkmilləşdirilmiş neyron şəbəkələrindən birini yaradıb. Bunun üçün mütəxəssislər həmin neyron şəbəkəsinin təlimatlandırılmasında 400 milyon fotodan istifadə ediblər. Məlum olub ki, yeni süni zəka sistemi qəliz alqoritmlər zəncirini yaratsa da, hətta uşaqlarda çətinlik yaratmayan adi oyektlərin qarşısında aciz qalır. Təkmilləşdirilmiş machine learning sistemi OpenAI təşkilatının əsas texnoloji həllərindən biridir.
        O, yüzlərlə milyon foto-mətn kombinasiyasından ibarət məlumatlar bazası əsasında yaradılıb. Bu isə öz növbəsində multimodal neyronlar adlı təhsil səviyyəsinə sahib biliklərin yaranmasına gətirib çıxardıb. Mütəxəssislər bildiriblər ki, sözügedən süni zəka sistemi insan beynini xatırladır. İlk baxışdan təəssürat yaranır ki, bu süni zəka sistemi insan kimi mövcud olan məlumatları qəbul etməyə hazırdır. Lakin buna baxmayaraq o, bir sıra primitiv testlərin qarşısında aciz qalıb.
        Belə ki, test çərçivəsində alimlər aşkar ediblər ki, alma fotosunda almanın üzərində hansısa bir yazı olanda süni zəka çaş-baş qalır. Bu halda süni zəka sistemi səhv cavab təqdim edir. Belə ki, süni zəka üzərində obyekt barəsində nəticələrin qurulmasını tələb edən sözü təməl özəllik kimi qəbul edir. Digər bir test çərçivəsində isə alimlər benzinlə çalışan mişar  fotosunun üzərinə dollar əskinasının işarəsini əlavə ediblər. Nəticədə süni zəka onu donuz pulqabı kimi qəbul edib. Bu problemin aradan qaldırılması üçün hələki effektiv bir həll yoxdur.
    Linki kopyala