main-post-cover

    Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

    Elm & Texnologiya
    08.06.2021
    Farid Pardashunas
        Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib. Onun sözlərinə əsasən o bunu kiçik yaşlarından arzulayır. Uçuş missiyası artıq planlaşdırılıb və o, gələn ay baş tutacaq. Bezos kosmosa uçmaq planını Instagram hesabındakı videosu vasitəsilə elan edib. Bununla yanaşı həmin videodan məlum olub ki, o, kosmosa tək uçmayacaq. Belə ki, kosmosa onunla birlikdə qardaşı Mark Bezos da uçacaq. “Mən, 5 yaşımdan kosmosa uçmağı arzulamışam. 20 iyul tarixində mən öz qardaşımla birlikdə bu səyahətə yollanacam. Bu, mənim ən yaxşı dostumla birlikdə möhtəşəm macəra olacaq” - deyə Jeff Bezos qeyd edib. Bezos kosmosa özünün Blue Origin şirkəti tərəfindən yaradılmış New Shepard adlı raket vasitəsilə yollanacaq.
        Qeyd etmək lazımdır ki, bu, Blue Origin üçün kosmosa ilk turist daşınması missiyası olacaq. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə Blue Origin tərəfindən təşkil edilmiş online hərracın final mərhələsi bu həftənin şənbə günü keçiriləcək. Sözügedən hərrac çərçivəsində New Shepard raketində bir sərnişin yeri satılır. Nəticədə həmin yer üçün nəzərdə tutulmuş biletə ən yüksək qiyməti təklif edəcək şəxs kosmik turistlər arasında olacaq. Ümumilikdə New Shepard-ın daxilində 6 nəfər sərnişin üçün yer nəzərdə tutulub. 5 iyul tarixində Jeff Bezos Amazon şirkətinin CEO vəzifəsindən ayrılacaq. 2 həftə sonra isə Bezos qardaşları kosmosa yollanacaqlar. Bezos yaxın gələcəkdə öz diqqətini məhz Blue Origin şirkətinə ayırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər