main-post-cover

    Apple istifadəçi fotolarının skan funksiyasını təxirə salıb

    Elm & Texnologiya
    06.09.2021
    Farid Pardashunas
        Keçən ay Apple şirkəti iPhone istifadəçilərinin fotolarını skan etməyə imkan verən yeni funksiyanı anons etmişdi. Şirkətin sözlərinə əsasən bu funksiya uşaqlar üzərindəki zorakılıq halları ilə mübarizə aparmaqda yardımçı olacaq. Lakin əksər istifadəçilərin narazılıqlarından sonra Apple şirkəti bildirib ki, o bu funksiyanın inteqrasiyasını təxirə salıb.
        Apple şirkətinin bu yeni imkanı daxilində reallaşdırılması planlaşdırılan funksiyalar arasında uşaqların seksual istismar olunmalarına (CSAM) aid kontentlərin axtarışı üçün istifadəçilərin iCloud Photos-dakı fotolarının skanı, seksual xarakterli fotoların qəbul olunması və ya göndərilməsi üzrə uşaqların və onların valideynlərinin xəbərdarlıq əldə etmələri üçün Communication Safety funksiyası, Siri Search-də CSAM kontentlər üzrə genişləndirilmiş məsləhətlər var.
        Apple elan edib ki, istifadəçilərin, insan hüquqları üzrə qrupların və tədqiqatçıların mənfi fikirlərindən sonra o bu funksiyanın təxirə salınması qərarını verib. Sözügedən funksiyanın təkmilləşdirilməsi üçün şirkətə bir qədər zaman lazım olacaq. Qeyd etmək lazımdır ki, uşaqların qorunmaları üçün nəzərdə tutulmuş bu funksiya iOS 15, iPadOS 15, watchOS 8macOS Monterey əməliyyat sistemlərinin istifadəyə verilməsi ilə ABŞ-da təqdim olunmalı idi. İndi Apple şirkətinin bu funksiyanı nə zaman istifadəyə verəcəyi bilinmir. Məlum olan odur ki, şirkət bu funksiyanın inteqrasiya edilməsi planından heç də imtina etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər