main-post-cover

    Apple şirkətinin foto skanı texnologiyası artıq 2 ildir ki, iPhone daxilində çalışırmış

    Elm & Texnologiya
    24.08.2021
    Farid Pardashunas
        Qanunsuz kontentlərin olub-olmamasını müəyyənləşdirmək üçün istifadəçi fotolarının skan funksiyasını elan edəndən sonra Apple şirkəti indi daha bir bəyanat verib. Belə ki, şirkət bildirib ki, bu texnologiya 2019-cu ildən iPhone-larda çalışır. Lakin söhbət, iPhone-dakı fotoların skan olunmasından getmir. Jurnalistlərə müsahibə verən zaman Apple təmsilçiləri bildiriblər ki, uşaqlarla qəddar davranışları əks etdirən kontentlərin aşkarlanması üçün nəzərdə tutulmuş CSAM alqoritmlər artıq 2 ildir ki, iCloud Mail servisindəki elektron poçtun yoxlanılmasında istifadə olunurlar.
        Apple serverlərindən keçən elektron məktublar şifrələnmirlər. Buna görə də onların tərkiblərini skan etmək mümkündür. Lakin şirkət bildirib ki, o bunu yalnız qanunsuz kontentlərin olub-olmadıqlarını müəyyənləşdirmək üçün edir. Bununla yanaşı Apple qeyd edib ki, o, digər məlumatları da yoxlayır. Lakin söhbətin hansı məlumatlardan getdiyi barəsində məlumat verməyib.
        “Apple öz ekosistemi daxilində uaqların qorunmasına böyük diqqət ayırır və biz bu sahədəki innovasiyaları dəstəkləməkdə davam edirik. Uşaqların istismar olunmaları hallarının aşkar edilməsi və bu barədə məlumatların hüquq-mhafizə orqanlarına təqdim edilməsi üçün Apple şirkəti təsvirlərin müqayisə olunması texnologiyasından istifadə edir. Elektron poçtda spamların filtrdən keçdiyi kimi biz də hər bir təsadüfü yoxlamadan keçirdirik. Uşaqların istismar olunmalarını əks etdirən kontentlərə sahib istifadəçi hesabları Apple siyasətinə ziddirlər və onlar bloklanmalıdırlar” - deyə Apple qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər