main-post-cover

    Apple şirkətinin gələn ay potensial olaraq təqdim edəcəyi yeni məhsulların adları sadalanıb

    Elm & Texnologiya
    16.08.2021
    Emil Nəcəfov
        Bloomberg-in jurnalisti Mark Gurman Apple şirkətinin gələn ay baş tutacaq təqdimat tədbiri barəsində məlumatlar verib. Verilmiş məlumatlarda Apple şirkətinin potensial olaraq təqdim edə biləcəyi məhsullar əks olunub. Ənənəvi olaraq gələn ay şirkət yeni iPhone seriyasını təqdim edəcək. Mark Gurman-ın fikrincə iPhone 13-də olacaq əsas yenilik 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək ekranlar olacaqlar. Bundan əlavə olaraq smartfonlar A15 Bionic prosessoru ilə təhiz olunacaqlar. iPhone 13 seriyasına daxil olacaq modellərdə həmçinin Always on Display funksiyasının reallaşdırılmasını gözləmək olar. Smartfonlarla yanaşı Apple sentyabrdakı təqdimatında naqilsiz AirPods 3 qulaqlıqlarını da təqdim edə bilər.
        Güman olunur ki, onların dizaynları AirPods Pro-nun dizaynına bənzəyəcəklər. Jurnalistin sözlərinə əsasən Apple Watch Series 7-nin təqdimatını istisna etmək lazım deyil. Məlumatda qeyd edilib ki, yeni nəsil Apple Wtach 7 modelləri daha təkmilləşdirilmiş prosessora və yastı ekrana sahib olacaqlar. Bununla yanaşı yeni smart saat bir sıra əlavə sensorlar və böyüdülmüş batareya həcmini əldə etməlidir. Apple şirkətinin yeni ARM prosessoru əsasında çalışacaq yeni Mac modellərinin təqdimatlarına gəldikdə isə şirkət onlar üçün ayrıca təqdimat tədbiri keçirdəcək. Çox güman ki, Mac kompüterlərinə həsr ediləcək təqdimat tədbiri ya oktyabr ya da noyabr ayında keçiriləcək.
    Linki kopyala