main-post-cover

    Bloomberg saytının analitiki bitcoini yaratmış şəxsin əsl adını açıqlayıb

    Elm & Texnologiya
    18.08.2021
    Farid Pardashunas
        Satoshi Nakamoto məşhur bitcoin kriptovalyutasının yaradıcısının sahib olduğu ləqəbdir. Bloomberg saytının aparıcı analitiki olan Eric Balchunas dünyanın ən məşhur və bahalı kriptovalyutasının yaradıcısının əsl adını açıqlayıb. Analitikin fikrincə Satoshi Nakamoto ləqəbi altında Hal Finney adlı proqramçı gizlənib. Daha doğrusu gizlənmişdi. Belə ki, Hal Finney 2014-cü ildə vəfat edib. Hal Finney rəqəmsal valyutaların ortaya çıxmağa başladıqları dövrdə bitcoinin əsas tərəfdarı idi.
        O öz növbəsində bitcoinin yaradılmasında iştirak etmiş və özü ilə Satoshi Nakamoto arasındakı ilk tranzaksiyanı reallaşdırmışdı. Bu, 2009-cu ildə baş verib. Bloomberg saytının analitiki bu nəticələrə sadə yol ilə gəlib çıxıb. Belə ki, o, Hal Finney tərəfindən 1993-cü ildə dərc edilmiş material ilə tanış olub. Həmin materialda proqramçı qarşılıqlı şəkildə dəyişdirilməsi mümkün olmayan tokenlərin çalışma prinsiplərinə sahib kriptovalyuta kartlarının yaradılması ideyası barədə mülahizə aparmışdı. Həmin materialı əks etdirən foto aşağıda təqdim olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər