main-post-cover

    Elon Musk Tesla Bot adlı robotu anons edib

    Elm & Texnologiya
    20.08.2021
    Farid Pardashunas
        Elon Musk, Tesla AI Day adlı tədbir çərçivəsində çıxışı zamanı bildirib ki, şirkət Tesla Bot adlı robot üzərində çalışır. Onun prototipinin 2022-ci ildə təqdim olunması planlaşdırılır. İnsana bənzəyən Tesla Bot robotu neyroşəbəkələr və Dojo adlı superkompüter vasitəsilə müxtəlif işləri yerinə yetirəcək. Robotun öz konstruksiyası isə Tesla elektromobillərində istifadə olunan sensorlar və çiplərdən ibarət olacaq. Robotun hündürlüyü təqribi olaraq 173 sm, çəkisi isə 57 kq təşkil edəcək. O, saatda 8 km sürətlə hərəkət edə və 20 kq ağırlığında yükləri qaldıra biləcək. “Bizim avtomobillər ilə nə etdiyimizi nəzərə alsaq, hesab etmək olar ki, Tesla dünyanın ən böyük robototexnika şirkətidir. Belə ki, bizim avtomobillərimiz təkərlər üzərində olan yarı şüurlu robotlar kimidirlər” - deyə Musk bildirib. Musk qeyd edib ki, Tesla Bot-un əsas məqsədi insanlar üçün sıxıcı olan rutin işləri yerinə yetirməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər