main-post-cover

    NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

    Elm & Texnologiya
    13.06.2021
    Emil Nəcəfov
        NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib. Sözügedən raketlər astronavtların Aya yollanmalarında istifadə olunacaq. Bu raketlər Nyu Yorkdakı Azadlıq heykəlindən daha hündürdülər. NASA mühəndisləri tərəfindən hazırlanmış Space Launch System adlı güclü raketlər bu onillikdə astronavtların Aya çatdırılmasında istifadə olunacaqlar. Mühəndislər artıq 65 metr hündürlükdə olan əsas pilləni böyük olmayan 2 ədəd daşıyıcı raketin arasına endirmə prosesini reallaşdırıblar.
        Bu, ilk haldır ki, raketin 3 əsas hissəsi start konfiqurasiyası şəklində bir yerdədir. NASA agentliyi SLS-in ilk uçuşunu bu ilin sonunda reallaşdırmağı planlaşdırır. Artemis-1 adlı missiya çərçivəsində sözügedən raket ABŞ-ın Orion adlı yeni nəsil kosmik gəmisini Ayın orbitinə çatdıracaq. Lakin kosmik gəminin daxilində astronavtlar olmayacaq. Mühəndislər sadəcə olaraq raketin və kosmik gəminin dözümlülüklərini yoxlamaq istəyirlər. Astronavtların isə 2023-cü və ya 2024-cü ildə Aya göndərilməsi planlaşdırılır.
        SLS raket sistemi 1 ədəd böyük əsas pillədən ibarətdir. Onun daxilində yanacaq üçün çənlər və 4 güclü mühərrik mövcuddur. Sözügedən əsas pillənin kənar hissələrində isə hər biri 54 metr hündürlükdə olan 2 ədəd sürətləndirici raket (SRB) yerləşir. Həmin raketlər itələmə gücünün böyük hissəsini təmin edirlər və bunun sayəsində uçuşun ilk 2 dəqiqəsi ərzində SLS-i Yer səthindən qaldıra bilirlər. Həm əsas pillənin həm də sürətləndirici raketlərin hündürlükləri Azadlıq heykəlindən daha yüksəkdir. 
    Linki kopyala