main-post-cover

    Google Pixel 4 XL hələ təqdim olunmamış icmal videosu yayımlandı (VİDEO)

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        Hələ təqdim edilməmiş Google Pixel 4 smartfon seriyası barəsində olan məlumat sızıntıları artıq pik nöqtəyə çatıb. Belə ki, internetdə artıq yeni smartfonun icmal videosu ortayan çıxıb. Vyetnamdan olan videobloqqer Pixel 4 XL smartfon modelinin icmal videosunu təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.
        Öz icmal videosunda videobloqqer heç gizlətmir ki, o bu smartfonu Vyetnamın  D Store Mobile adlı online mağazasından əldə edib. Qeyd etmək lazımdır ki, həmin online mağaza bir neçə gün bundan öncə sözügedən smartfon seriyasının satışlarına start vermişdi. İcmalda əks olunmuş cihaz Pixel 4 XL-in maketi və ya saxta modeli deyil.
        Bu, tamamilə işlək vəziyyətdə oln əsl Pixel 4 XL modelidir. Təqdim olunmuş icmal videosu isə smartfon barəsində daha öncədən çıxmış məlumat sızıntılarını tamamilə təsdiqləyib. Lakin icmal videosunda olan smartfonun kamerasında və jestlərlə idarəetmə sistemində problemlər var. Bu isə o deməkdir ki, videodakı smartfon Android əməliyyat sisteminin final versiyasına sahib deyil. Son məlumat sızıntısına əsasən Pixel 4 smartfon seriyası 15 oktyabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər