Google Pixel 4 XL hələ təqdim olunmamış icmal videosu yayımlandı (VİDEO)
Elm & Texnologiya
12.09.2019
Farid Pardashunas
Hələ təqdim edilməmiş Google Pixel 4 smartfon seriyası barəsində olan məlumat sızıntıları artıq pik nöqtəyə çatıb. Belə ki, internetdə artıq yeni smartfonun icmal videosu ortayan çıxıb. Vyetnamdan olan videobloqqer Pixel 4 XL smartfon modelinin icmal videosunu təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.
Öz icmal videosunda videobloqqer heç gizlətmir ki, o bu smartfonu Vyetnamın D Store Mobile adlı online mağazasından əldə edib. Qeyd etmək lazımdır ki, həmin online mağaza bir neçə gün bundan öncə sözügedən smartfon seriyasının satışlarına start vermişdi. İcmalda əks olunmuş cihaz Pixel 4 XL-in maketi və ya saxta modeli deyil.
Bu, tamamilə işlək vəziyyətdə oln əsl Pixel 4 XL modelidir. Təqdim olunmuş icmal videosu isə smartfon barəsində daha öncədən çıxmış məlumat sızıntılarını tamamilə təsdiqləyib. Lakin icmal videosunda olan smartfonun kamerasında və jestlərlə idarəetmə sistemində problemlər var. Bu isə o deməkdir ki, videodakı smartfon Android əməliyyat sisteminin final versiyasına sahib deyil. Son məlumat sızıntısına əsasən Pixel 4 smartfon seriyası 15 oktyabr tarixində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)