
Yeni iPhone modellərinin təqdimatlarına sayılı günlər qalmış həmin modellərdən biri məşhur Geekbench bençmark saytında testdən keçib. Test nəticələri keçən ilki iPhone XR modelinin davamçısının texniki performansı barəsində təsəvvür yaradıb. Testdən keçmiş model Apple A13 prosessoruna və 4 GB RAM-a sahibdir. Bu barədə Appleinsider saytı xəbər verib.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone XR modeli Apple A12 prosessoru və 3 GB RAM ilə təchiz olunur. Geekbench testindən keçmiş model isə iPhone 12.1 kod adına və iOS 13 əməliyyat sisteminə sahib olub. Beləliklə smartfon Geekbench-in birnüvəli testində 5415 xal, çoxnüvəli testində isə 11294 xal toplayıb.
Tarixdəki iPhone skandalları!
Maraqlısı ondadır ki, yeni CPU-nun birinci səviyyəsinin keş həcmi sadəcə 48 KB-dır. Bu isə keçən ilki modeldə olmuş Apple A12 prosessorunun keş həcmindən (128 KB) kiçikdir. İkinci səviyyənin keş həcmi də kiçikdir. Belə ki, yeni modeldə bu, 4 MB, keçən ilki iPhone XR-də isə 8 MB-dır. Heç istisna deyil ki, bu, Geekbench-in məlumatlar bazasındakı səhvdir. Qeyd etmək lazımdır ki, yeni iPhone modelləri 10 sentyabr tarixində təqdim oluncaqlar.
Şərh yoxdur